USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən 2 ayda nə qədər mənzil almışıq? - STATİSTİKA

15.03.2021 İnşaat və Əmlak
0 1
2021-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 145 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 189 mənzil almışdılar.

"Kommersant.az" Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99 və 90 mənzil olmuşdu.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir.

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.