USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tikinti materiallarında qiymət artdı - Bahalaşma olacaq – VİDEO

08.06.2021 İnşaat və Əmlak
0 0
Tikinti materiallarında müşahidə edilən qiymət dəyişikliyi payızdan etibarən mənzillərin də qiymətinə təsir edəcək.

"Kommersant.az" xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Ramil Qasımzadə deyib.

O bildirib ki, hazırda daşınmaz əmlak bazarında sıçrayışlı qiymət artımı müşahidə edilməyib:

“Mənzil bazarında qiymət artımı olsa da, bu, cüzi olaraq baş verir. Lakin artıq bir neçə gündür ki, tikinti materialları bazarında sıçrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Əvvəllər 1 kub metri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur”.

Ekspert, buu qiymətlərin daha da artacağını istisna etməyib:

“Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Bundan başqa dəmir məmulatların da qiymətinin artması bizə əsas verir ki, gələcəkdə daşınmaz əmlak bazarında qiymətlər əvvəlki qiymətlərdən daha artıq olacaq”.

  • Əvvəlki

    Milli Məclisin növbədənkənar sessiyası başlayır

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0