USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tikililərlə bağlı məsələləri tənzimləyən komissiya ilə bağlı sərəncam imzalandı

05.08.2022 İnşaat və Əmlak
0 0
Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.

Kommersant.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.

  • Əvvəlki

    “Azercell”in müqavilə şərtlərini müəssislərə məcburi qəbul etdirdiyi iddia olunur

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0