Xırdalanda və Masazırdakı binalar zəlzələyə davamlıdırmı? - “AAAF İnşaat” sorğuya cavab verməkdən yayındı

21.02.2023 İnşaat və Əmlak
16 3
Türkiyədə baş verən zəlzələ nəticəsində yeni çoxmərtəbəli binaların çökməsi ilə bağlı narahatlıq Bakıda hələ də davam edir. Təkcə Bakının mərkəzində deyil, Bakıətrafı ərazilərdə tikilən binalarla da bağlı narazılıqlar var. Yayılan məlumatlara görə, Masazır, Xırdalan və Bakı ətrafındakı ərazilərdə yeni tikilən, xüsusən dörd-beş mərtəbəli binaların əksəriyyəti ekspertizadan keçməyib, zəlzələyə davamlı deyil.

Kommersant.az bildirri ki, pravda.az məsələni araşdırmaq üçün “Masazır City Residence” və “AAAF İnşaat” MMC ilə əlaqə saxlayıb.

“Masazır City Residence”in rəsmisi İlkin Musayev binaların zəlzələyə dayanıqlılığını əminliklə vurğulayıb: “Bizdə 9 ballıq gücündə zəlzələyə dayanıqlı olan evlərdir. Bu məsələyə həmişə ciddi fikir veririk. Türkiyədə zəlzələ baş verməmişdən öncə də qaydalara məsuliyyətlə yanaşmışıq. Gəlib, araşdıra bilərsiniz. Altı, səkkiz, on mərtəbəli binalarımız da var. Biz də tikintini Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə həyata keçiririk...”

“AAAF İnşaat” MMC-nin nümayəndəsi isə açıqlama verməkdən yayınıb.

Gün ərzində saytımızla əlaqə saxlayacaqlarını desələr də, bir həftə keçməsinə baxmayaraq, əlaqə saxlanılmayıb.

  • Əvvəlki

    AQTA-nın regional rəisi saxta “Multifood” pendirlərinin satışına niyə göz yumub?

Digər xəbərlər

15.03.2023 İnşaat və Əmlak
Sənədsiz 40 min əmlaka “kupça” veriləcək
11 21
15.03.2023 İnşaat və Əmlak
Tikintiyə nəzarət sərtləşdirilir
17 3
14.03.2023 İnşaat və Əmlak
"Kristal Abşeron" bataqlıqda binalar tikib?
4 12