USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu məsələni qurumlar araşdırmalı və cavab verməlidir" - Deputat

25.07.2023 İnşaat və Əmlak
26 8
“Bu dediyiniz məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırmalı və cavab verməlidir. Əgər standartlar pozulub və tikinti doğru aparılmayıbsa, bununla bağlı tədbir görülməlidir".

Bu sözləri Kommersant.az-a deputat Razi Nurullayev "Orbita" MTK-nın Nizami rayonu, Qara Qarayev prospekti ilə Tofiq Abbasov küçəsinin kəsişməsində tikməkdə olan hündürmərtəbəli bina haqqında danışarkən deyib.

Deputat qeyd edib ki, tikinti standartlarından elə ciddi məlumatı yoxdur:

"Ona görə də tikinti sahələrində hansı armaturdan, hansı ölçüdə istifadə olunmalıdır, dayanaqlığı necə olmalıdır və s. ekspert səviyyəsində bilmək lazımdır".

Razi Nurullayev əlavə edib ki, bunların hamısı tikinti standartlarında var:

"Bildiyimə görə, bu gün bütün tikinti sahəsinə çox ciddi nəzarət var. Müxtəlif dövlət orqanları tərəfindən tikintinin davamlılığı, tikinti materiallarının keyfiyyəti, zəlzələyə davamlılığı, standarlara uyğun olması, əmək qanunvericiliyinə əməl olunub-olunmaması ilə bağlı qurumlar tərəfindən hər zaman nəzarət edilir. Ona görə də düşünürəm ki, həmin tikintiyə bu armaturlardan istifadəyə icazə verilib ki, həmin armaturlardan istifadə olunur".

Deputat onu da qeyd edib ki, Tükiyədə və digər ölkələrdə baş verən zəlzələlər bizi qorxutdu, ona görə də Azərbaycanda Türkiyədə baş verən zəlzələdən sonra tikintiyə daha da ciddi nəzarə artırılıb:

"Hətta bəzi iş adamları tikinti sahəsinə ciddi nəzarət edildiyini deyir. Bununla bağlı mənə də tikintiyə maneə və incidilməklə bağlı şikayətlər də edirlər".

  • Əvvəlki

    Toplu zeytun yağının ixracına məhdudiyyət qoyulması tələbi

Digər xəbərlər

14.09.2023 İnşaat və Əmlak
Bakıda evlərin qiyməti nə qədər bahalaşıb?
0 0
09.08.2023 İnşaat və Əmlak
Azərbaycanda nəhəng elektrik stansiyası tikilir
19 6
26.07.2023 İnşaat və Əmlak
MİDA yenidən “sürprizlər” edəcək
19 50
19.07.2023 İnşaat və Əmlak
Mehriban Vəliyeva yarımmilyonluq villa aldı - FOTO
0 0
19.07.2023 İnşaat və Əmlak
"Real" MTK-da nöqsanlar aşkarlandı
0 0
11.07.2023 İnşaat və Əmlak
“Kristal Abşeron” məhkəməyə verildi - SƏBƏB
23 9
04.07.2023 İnşaat və Əmlak
Prezident sərəncam imzaladı
29 8