USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu ərazisində tikinti şirkəti ağacları kəsdi - FOTO

19.07.2023 İnşaat və Əmlak
0 0
Bakının Nəsimi rayonu ərazisində qanunsuz olaraq ağaclar kəsilib.

Bununla bağlı Demokrat.az-a ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat verib.

Sakinlər iddia edir ki, ağaclar tikinti məqsədilə məhv edilib.

Sakinlərin sözlərinə görə, hadisə Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində baş verib.

Ticarət obyektlərinin arxasında yerləşən ağaclar tikinti şirkətinin işçiləri tərəfindən kəsilib.

Sakinləri məsələ ilə bağlı yaşıllaşdırma idarəsinə müraciət edib.

Qeyd edək ki, idarə tərəfindən əraziyə yeni 3 ağac kolu əkilib.

  • Əvvəlki

    Citigroup-dan kritik neft proqnozu

Digər xəbərlər