USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK

30.01.2024 İnşaat və Əmlak
0 0
Azərbaycanda MTK-lardan mənzil əldə edən şəxslərin həmin korporativin üzvlük mərhələsindən başlayaraq üzv olması, payçı kimi daxil edilməsi, pay ödənişlərini etməsi, yekunda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsi vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.

O bildirib ki, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2324 nömrəli Fərmanından irəli gələrək bu məsələlərin həlli təmin ediləcək:

“Vətəndaş mənzil aldıqda onun mənzilin istismarına icazə verilmiş binadan olub-olmadığını görmək imkanınız olacaq. Çünki aidiyyəti dövlət qurumundan bu məlumat dataya ötürüləcək. Vətəndaş mənzili seçəcək, üzvlük məsələləri həll olunacaq, ödənişləri həmin sistem vasitəsilə edəcək, yekunda bu portaldan kənar hansısa bir mənzil satışı baş verə bilməyəcək. Olsa da, bu, vətəndaşın əmlak savadsızlığına görə ola bilər. Çünki qanunvericilikdə belə bir təkliflə çıxış etmək istəyirik ki, yekunda vətəndaşın həmin mənzilə çıxarış əldə edə bilməyi üçün bütün prosesləri bu elektron platforma çərçivəsində həyata keçirməsi zəruri olsun. Artıq bununla bağlı ölkə başçısı fərman verib. Həmin sistemin necə işləməsi, hansı strukturların ora inteqrasiya edilməsi və Mülki Məcəllə başda olmaqla bir çox aidiyyəti qanunvericilik aktlarının dəyişiklik paketi hazırlanacaq. Hazırda bu proseslər gedir. Çox güman ki, yaxın 2-3 ayda aidiyyəti qurumlara razılaşmaya təqdim olunacaq".

ƏMDX-nin rəisi əlavə edib ki, bununla da bütün proses vahid platforma üzərindən olacaq:

“O platformadan kənar MTK-lardan ev almaq mümkün olmayacaq. Bu platformada payçıların ayrıca elektron kabinetləri olacaq. Platformadan kənar heç bir mənzil satışı legitim hesab edilməyəcək. Bu istiqamətdə bizdən asılı olan bütün tədbirləri bu il yekunlaşdıracağıq”. (Report)

  • Əvvəlki

    "AccessBank"ın digər banklara olan borcu - ARTIB

Digər xəbərlər

23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0
12.01.2024 İnşaat və Əmlak
Bu binalar təmir olunacaq
0 0