USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİQQƏT! Bu rayonlarda da dövlət torpaqları əhalidən pulla alacaq

24.07.2018 İnşaat və Əmlak
0 0
Nazirlər Kabineti "Torpağın dövlət ehtiyacları üçün alınması barədə" qərar verib.

"Kommersant"ın məlumatına görə, qərara əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim etsin. Maliyyə Nazirliyinə “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

  • Əvvəlki

    Bakı rusiyalılar arasında yay tətili üçün ən populyar yerlər sırasında birincidir

Digər xəbərlər