USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Abdolbari Goozalın Azərbaycanda gəliri və qazancı azalıb

24.07.2018 İqtisadiyyat
0 0
“Azərsun Holdinq” MMC və onun törəmə müəssisələrinin 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatını dərc edilib.

"Kommersant" hesabata istinadən xəbər verir ki, "Azərsun Holdinq"in 2017-ci ildə xalis mənfəəti 2016-cı illə müqayisədə 1,7 dəfə azalaraq 27 milyon 105 min manat təşkil edib. "Azərsun Holdinq" devallvasiyadan sonra 2016-cı ilin yekunları üzrə 46 milyon 670 min manat xalis mənfəət açıqlamışdı.

"Azərsun Holdinq"in satışdan gəlirləri də azalıb. 2016-cı ildə 822 milyon 709 min manat təşkil etmiş gəlirlər 792 milyon 758 min manata düşüb. Satışın maya dəyəri isə cüzi - 698 milyon 478 min manatdan 694 milyon 504 min manata geriləyib.

Xəbər yenilənəcək...