"Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" kredit yarışında - NƏTİCƏLƏR, QALİB

26.09.2018 Bankların Dueli
Bu gün “Bankların Dueli” yarışmasında nağd pul kreditləri üzrə “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” qarşı-qarşıya gəlib.

“Kommersant.az” xəbər verir ki, hər iki bankda, 10 min manat nağd pul krediti götürən müştərilərin əmək haqqlarına fərdi şəkildə baxılır. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı”nda 1 il müddətinə 10 min manat nağd pul kreditinin illik fazi dərəcəsi 24% təşkil edir. Rəqibi “Kapital Bank”da isə kreditin illik faiz dərəcəsi 5,84% çox, yəni 29,84%-dir.

Ümumilikdə müştərin “Azərbaycan Beynəlxalq Bankı”na ödəyəcəyi məbləğin həcmi 11 min 347 manat təşkil edir. Lakin “Kapital Bank”da bu rəqəm 1637 manat çox, yəni 12 min 984 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı”nda kreditin aylıq ödənişi 945 manat, rəqibi “Kapital Bank”da isə 1082 manat təşkil edir.

Yekun nəticəyə görə, “Azərbaycan Beynəlxalq Bankı” günün ən sərfəli nağd pul krediti verən bankı seçilir.

Azərbaycan Beynəlxalq Bankı

Şərtlər

Kapital Bank

10.000

Kreditin məbləği

10.000

1 il

Verilmə müddəti

1 il

24

İllik faiz dərəcəsi

29,84%

1%

Komissiya haqqı

2%

1

Zamin

1

945,60

Aylıq ödəniş

1082

-

Aylıq maaş

-

11.347,15

Cəmi(Yekun)

12.984

Qeyd edək ki, sabah (27 sentyabr) “Bank BTB” “NBC Bank” təklif etdiklərlə şərtlərlə nağd pul krediti üzrə duelə çıxacaq.