USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahdan ov mövsümü açıq elan olunur

25.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanda sabahdan, mayın 26-dan ov mövsümü açıq elan olunur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövsüm 2019-cu ilin mart ayının 16-na qədər davam edəcək:

"Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilikdə xarici vətəndaşların da ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir. Biz çalışacağıq ki, xarici vətəndaşlarla işləyən şirkətlər onların maariflənməsini təşkil etsinlər".

Direktor müavini qeyd edib ki, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir: "Xarici ovçular daha çox qaban ovu və çöl quşlarının ovuna üstünlük verirlər".

  • Əvvəlki

    Kənd təsərrüfatının inkişafı üçün - "İQTİSADİ RESEPT"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0