Azərbaycanda müşahidə olunana faktiki hava açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 9, Maştağada 6, Pirallahıda 3, Çilov adası, Sumqayıtda 2, Neft Daşlarında 1; Lənkəran-Astara zonasında: Lənkəranda 18, Biləsuvarda 14, Astarada 11, Lerikdə 7, Neftçala, Yardımlıda 6;
Naxçıvan MR-da: Şərurda 16, Ağdərədə (Ordubad) 12, Şahbuzda 6, Naxçıvan, Ordubadda 4, Sədərəkdə 3; Kiçik Qafqaz zonasında: Daşkəsəndə 18, Gədəbəydə 14, Göygöldə 11;
Sumqayıt, Naxçıvan, Daşkəsən, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Qusar, Qrız, Lerik, Göyçay, Sarıbaş (Qax), Kişçayda (Şəki) duman müşahidə olunub.
Qərb küləyi arabir Neftçalada 25 m/s, Naftalanda 24 m/s, Tərtərdə 23 m/s, Gəncədə 20 m/s, Yardımlı, Culfa, Salyanda 16 m/s olub. Bakıda və Abşeron yarımadasında: Pirallahıda 16 m/s, Sumqayıt, Qum adası, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 5.5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-3 dərəcə isti, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, Naxçıvan MR-da 2-9 dərəcə şaxta olub.