USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bazarstore”da müştərilər aldadılıb - RƏSMİ

11.03.2026 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi cari ilin fevralında istehlak bazarına nəzarət tədbirləri çərçivəsində “Azersun Holding” MMC-yə daxil olan “Bazarstore” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Kommersant.az xəbər verir ki, yoxlama zamanı supermarketdə qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən olunub. Bu səbəbdən müəssisə barəsində 10 fevral 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.

Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndi tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, malın hesabına dair istehlakçının az miqdarda aldadılması hallarında şirkətlər 4 000 manatdan 6 000 manatadək cərimə olunur.