USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub

09.07.2018 İqtisadiyyat
0 0
Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub.

"Kommersant" xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın APA-ya verdiyi məlumata görə, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə müraciət edən şəxslərin 46 nəfəri hospitalizasiya edilib, 26 nəfərə yerində yardım göstərilib. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Müraciət edən 75 nəfərdən 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır. Müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur.

  • Əvvəlki

    “Nissan” müştərilərini aldadırmış - ETİRAF ETDİ

Digər xəbərlər