USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabaha olan hava proqnozu

29.09.2018 İqtisadiyyat
0 0
Azərbaycanda sentyabrın son gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 30-da hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti təşkil edəcək.

  • Əvvəlki

    Siqaret və içkilər bu tarixdən bahalaşacaq - QİYMƏT ARTIMI BAŞLADI

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0