USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Siqaret və içkilər bu tarixdən bahalaşacaq - QİYMƏT ARTIMI BAŞLADI

29.09.2018 İqtisadiyyat
0 0
Qida, içki və tütün məhsullarının satışı ilə məşğul olan firmalar mağazalara xəbərdarlıq edib ki, oktyabrın 1-dən məhsulların qiymətləri 10%-dən 40%-ə qədər bahalaşacaq.

"Kommersant.az"ın Bakıda fəaliyyət göstərən mağazalardan əldə etdiyi məlumata görə, oktyabrın 1-dən etibarən qida, içki və tütün məhsullarının qiyməti bahalaşacaq. Mağaza sahibləri deyir ki, bu məlumatı onlara həmin məhsulların topdan satışı ilə məşğul olan firmalar öncədən xəbərdarlıq kimi deyib.

Əldə etdiyimiz məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20%. bahalaşacaq. Xəbərdarlıqda bildirilir ki, "Az-Granata"ya aid içki məhsullarının qiyməti də 30-40% artacaq.

Mağaza satıcıları deyirlər ki, bu qiymət artımı bəzi içki məhsullarına artıq indidən tətbiq olunmağa başlayıb. Belə ki, "Xan" brendi ilə satışda olan içki məhsulları mağazalara firmalar tərəfindən əvvəllər 6 manata satılırdısa, artıq bu gündən 9 manata satılır.

  • Əvvəlki

    Azərbaycan nefti kəskin bahalaşdı - SON QİYMƏT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0