Azərbaycanda sürücülər bahalaşan “premium” benzinini Aİ-92 ilə ‘əvəzləyir’

24.11.2022 İqtisadiyyat
Azərbaycanda avtomobil sürücüləri bu il 95 və 98 oktanlı benzindən istifadəni kəskin azaldıb onu Aİ-92 ilə əvəz edirlər.

Belə ki, ölkədə sürücülər qənaət etmək məqsədilə Aİ-92 istifadə etməyə başlayıblar. 2022-ci ilin ilk 9 ayında Azərbaycan xaricdən təqribən 106.55 milyon litr A-95 markalı premium benzin idxal edib. Bu da 2021-ci illə müqayisədə 27% azdır. 2021-ci ilin eyni dövründə Azərbaycan xaricdən 85 245 tonluq (təxminən 145.94 milyon litr) həcmində Premium benzin tədarük etmişdi. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, premum benzinin idxal dəyəri $87.1 mln. olub ki, bu da öncəki ildəki ümumi xərcdən xeyli yuxarıdır. Səbəb budur ki, premum benzinin hər litri ötən il Azərbaycana ortalama 66 sentə başa gəlirdi, bu il ilsə bu rəqəm 37% artaraq 89 sentə çatıb (100 sent=1 dollar).

Super markanın idxalı daha da kəskin azalıb. Ölkəyə ilin ilk 9 ayında cəmi 1.77 mln. litr (təxminən 1 173 ton) super benzin idxal edilib və bu, öncəki ildən 49% azdır. İdxal edilmiş super benzin üzrə orta qiymətihər litr üzrə $1.08-dir.

Bu iki marka Azərbaycanda 100% idxaldan asılıdır və Aİ-92 markasından fərqli olaraq dövlət tərəfindən tənzimlənmir. Azərbaycanda ötən ilin neft qiymətləri aşağı dəhlizdə hərəkət edirdi və həmin dövrdə hər dövr üçün A-95 markalı benzinin qiyməti 1.45 manat, A-98 markalı isə 1.60 manat təşkil edirdi.

Həmin dövrdən sonra ölkəyə xaricdən gətirilən iki benzin markası iki dəfə bahalaşma yaşadı. 2022-ci ilin iyulundan etibarən hər litrin qiyməti müvafiq olaraq 2.00 manat və 2.30 manata kimi bahalaşıb.

Baxmayaraq ki, neftin spot qiymətində qlobal birjalarda ucuzlaşma müşahidə edilir, Azərbaycanda qismən sərbəst təklif edilən Premium və super markalı benzinlər ucuzlaşmayıb. Qiymətlər iyuldan bu tərəfə eynidir. Əslində, neftin qiymətlərindəki azalma heç də Azərbaycana idxal edilən neftin qiymətlərinə təsir etməyib. Məsələn, 2022-ci ilin iyulunda ölkə xaricdən Premium benzinin hər litri üzrə 82 sent xərc çəkirdisə, sentyabrda bu xərc 88 sentə qalxıb.

Qeyd edək ki, yerli neft emalı zavodunun fəaliyyətində müvəqqəti məhdudlaşma olduğuna görə, Azərbaycanda Aİ-92 benzini də alınırdı. Benzin idxalı fevral ayından avqust ayına qədər davam etmişdi. Son göstəricilər onu deməyə əsas verir ki, zavod işini tam bərpa edib. Həmin dövrdə Azərbaycana 198 790 tonluq Aİ-92 benzini gətirilib, bunun dəyəri $223.46 mln. təşkil edib. Yerli NEZ isə ilin ilk 10 ayında 3-4 aylıq fasiləyə rəğmən 93 markalı benzinin istehsal həcmini öncəki ilə nisbətən 0.7% artıraraq 1 037 milyon tona çatdırıb.

Ölkə ərazisində isə 1 mlrd. 236 mln. manatlıq pərakəndə şəkildə benzin satılıb. Bu göstərici 2021-ci ilin eyni dövründə 1 mlrd. 208 mln. manat idi.