USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir?

24.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan tərəfində böyük növbələr yaranıb.

Günlərdir ki, növbələrdə gözləyən sürücülər böyük çətinliklərlə üzləşdiklərini deyiblər. Onlar sıxlığa səbəbin digər sərhəd-keçid məntəqələrində yaranan problemlə bağlı olduğunu bildiriblər. Bu üzdən əksər sürücülər “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə üz tutublar ki, bu da nəticədə yük maşınlarının artmasına səbəb olub.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamentinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda sıxlığın yaranması ilə bağlı hər hansı məlumat yoxdur.