Bu bazarda xarici məhsulların satışı qadağandır

03.12.2018 İqtisadiyyat
Qadağan olunmuşlar sırasında banan, portağal, xiyar, pomidor kimi məhsulların da adları var.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin Bursa bölgəsində həftənin 4 günü fərqli yerlərdə qurulan bazarlarda banan, portağal, limon və s. kimi kənddə yetişdirilməyən məhsulların satışı qadağandır.

Eyni zamanda qış aylarında pomidor, xiyar kimi mövsümü olmayan meyvə-tərəvəzin də satışına icazə verilmir. Bələdiyyə başçısının sözlərinə görə, bu addımı atmaqda əsas məqsəd kənddə yerli istehsalın artımını təmin etməkdir.