USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır

07.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib.

"Kommersant.az" bildirir ki, bunu Trend-ə özəl açıqlamasında İranın rabitə və informasiya naziri Məhəmməd Cavad Azəri Cəhrumi deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında peyk rabitəsi sahəsində sıx əməkdaşlıq yaradılıb.

Nazir həmçinin poçt rabitəsi sahəsində əməkdaşlığın genişlənməsini qeyd edib:

"Gələcəkdə biz poçt maliyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsini planlaşdırırıq".

Bundan başqa, nazirin sözlərinə görə, azərbaycanlı həmkarı ilə növbəti görüşü çərçivəsində o, TASIM fiber-optik label magistralının tikintisi üzrə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.