USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda aylıq inflyasiya artdı

10.12.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb.

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,6%, o cümlədən ərzaq məhsulları 1,2%, qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.