USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Gələn il neftin qiyməti 5 dollar artacaq" - OPEC+

10.12.2018 İqtisadiyyat
0 0
"OPEC+ çərçivəsində neft hasilatının azaldılması barədə əldə edilən razılaşma nəticəsində gələn il nefin qiyməti təqribən 5 ABŞ dolları artacaq".

Bunu Rusiya Enerji və Maliyə İnstitutunun İqtisadiyyat Departamentinin müdiri Marsel Salehov deyib.

Onun sözlərinə görə, OPEC+ formatının qərarından sonra ilk dövrdə neftin qiyməti sürətlə artırdı, halbuki hasilatın bu cür azalması gözlənilirdi: "Bu məsələdə hesabın 2018-ci ilin oktyabr ayından aparılacağını unutmamaq lazımdır. Həmin vaxtadək neft hasilatı iyul ayına nisbətən əhəmiyyətli dərəcədə artırılmışdı. Üstəlik də İran, Liviya, Venesuela həmin öhdəliklərdən azad olunub."

Ekspertin ehtimalına görə, indi qiymət dəyişikliyi daha çox Səudiyyə Ərəbistanı və Rusiyanın yaxın aylarda hasilatı necə və nə qədər azaldacaqlarından asılı olacaq: "Bizim dəyərləndirməmizə görə həmin azalma, əgər həqiqətən olacaqsa, gələn 12 ay ərzində neftin qiymətinə, təqribən, 5 dollar əlavə ediləcək", – departament müdiri qeyd edib.

OPEC+ iştirakçı ölkələrinin hasilatı azaltmalarına dair ABŞ-ın mövqeyini şərh edən M.Salehovun fikrincə, bu ölkənin strategiyası NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanununu həyata keçirmək üzərində qurulub.

"Çox güman ki, bu qanunu yeritməyə davam edəcəklər. Amma məncə, indiki qərar ABŞ-ın bu istiqamətdə hansısa fəallaşması demək deyil. Əslində, ABŞ neft sənayesi neftin qiymətinin 50 dollar və daha aşağı səviyyələrdə olarsa ciddi çətinliklərlə üzləşəcəyindən bu qərar onlar üçün qismən sərfəlidir", – rusiyalı ekspert bildirib.