USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahdan yağışlı və qarlı havalar başlayır - HAZIRLIQLI OLUN

16.12.2018 İqtisadiyyat
0 0
Dekabrın 17-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti, Bakıda gecə 3-5°, gündüz 5-7° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu ndan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, dekabrın 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 2-4° isti təşkil edəcək.

Xəbərdarlığa əsasən, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində havanın şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

  • Əvvəlki

    “Fitch” Türkiyənin kredit reytinqini təsdiqləyib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0