USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya iqtisadiyyatı üçün yaxşı xəbər okeanın o tayından gəldi

16.12.2018 İqtisadiyyat
0 0
ABŞ Çin məhsullarına vergi artımı təxirə saldı.

"Kommersant.az" xəbər verir ki, ABŞ Pekinlə ticarət müharibəsinə fasilə verməyə qərara verib.

Vaşinqton yenə Çin məhsullarının idxal rüsumlarının artımını 2019-cu ilin yanvar ayının əvvəlindən martın əvvəlinə qədər təxirə salıb.

Bu dəfə vergilərin 10%-dən 25%-ə qədər artırılması planlaşdırılır.

Qeyd edək ki, bu 200 milyard dollar dəyərində mallara təsir edəcək.

Ancaq Çin Ticarət Nazirliyi, ziddiyyətləri aradan qaldırmaq və razılaşmasını gözləmək üçün ABŞ ilə uğurlu danışıqlar etdiklərini bəyan edir.