Prezident İlham Əliyevin imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin adı dəyişdirilərək “Aqrar Kredit və İnkişaf Agentliyi” adlandırılıb.
"Kommersant.az" xəbər verir ki, fərmanla yeni agentliyin əsasnaməsinə də dəyişiklik edilib.