USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur sığorta şirkəti ləğv edilir

20.04.2026 İqtisadiyyat
0 0
“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb.

Kommersant.az APA-ya istinadən xəbər verir ki, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprelin 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti” ASC-yə ötürülüb.

Yəni, indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa, bununla bağlı artıq “Atəşgah Sığorta” şirkətinə müraciət etməli olacaq.

Bildirilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” Qanunun 72-ci maddəsi ilə tənzimlənir.

Qeyd edək ki, ötən ilin sonuna “AtaSığorta” şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvarın 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lizensiyası da ləğv edəcək.

Xatırladaq ki, “AtaSığorta” ASC mərhum vergilər naziri Fazil Məmmədova məxsus olub. 2000-2017-ci illərdə vergilər naziri vəzifəsini icra edən F.Məmmədov 2022-ci ildə Türkiyədə vəfat edib.

  • Əvvəlki

    “Azərpoçt”un rəhbəri vəzifəsindən getdi — Yeni təyinat - FOTO

Digər xəbərlər