Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
"Kommersant.az" xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı təsdiqləyib.
Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.
Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.
Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır.
Məlumata görə, F. Qurbanov sabah- dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.