Mobil telefonlar artıq uzun illərdir insan həyatının ayrılmaz hissəsinə çevirilib.
Belə olan halda hər ötən il telefon satışı artır. Bəs indiyədək ən çox satılmış telefon markaları hansılardır?
"Kommersant.az" Qaynarinfo.az-a istinadən bu günə qədər ən çox satılmış 20 markanı təqdim edir:
1. Nokia 1100 – 2003-cü ildə satışa çıxan model 250 milyondan çox satılıb.
2. Nokia 1110 – 2005-ci ildə satışa çıxıb, indiyədək 250 milyon satılıb.
3. iPhone 6 və 6 Plus – 2014-cü ildə təqdim olunan modellərdən indiyədək 220 milyonu öz alıcısını tapıb.
4. Nokia 3210 – 1999-cu ildə satışa çıxan modeldən 150 milyondan artıq satılıb.
5. Nokia 1200 – 2007-ci ildə satışa çıxıb, 150 milyondan artıq satılıb.
6. Nokia 6610 – 2003-cü ildə satışa çıxan telefon 150 milyondan artıq satılıb.
7. Nokia 5230 – 2009-cu ildə təqdim olunan modeldən 150 milyondan artıq satılıb.
8. Samsung E1100 – 2009-cu ildə təqdim olunan modeldən 150 milyondan artıq satılıb.
9. Nokia 2600 – Şirkətin 2004-cü ildə satışa çıxardığı modeldən 135 milyonu öz alıcısını tapıb.
10. Nokia 1600 – 2006-cı ildə satışa çıxarılıb, 130 milyon satılıb.
11. Motorola RAZR V3 – 2004-cü ildə satışa çıxarılıb. İndiyədək 130 milyon satılıb.
12. Nokia 3310 – 2000-ci ildən indiyədək 126 milyonu satın alınıb.
13. Nokia 1208 – 2007-ci ildə satışa çıxarılan modeldən 100 milyondan artıq satılıb.
14. Galaxy S4 – 2013-cü ildən satışa çıxarılan modeldən 80 milyon satılıb və "Samsung" həmin il öz rekordunu qırıb.
15. Nokia 6010 – 2004-cü ildə satışa çıxarılan modeldən 75 milyon satılıb.
16. iPhone 5 – "Apple" 2012-cı ildə satışa çıxardığı və ilk dəfə ekranını böyütdüyü modeldən 12 ay 70 milyon satıb.
17. Nokia 5130 – Bir zamanların əfsanəvi modelindən 65 milyonu öz alıcısını tapıb.
18. iPhone 4S – 2011-ci ildə satışa çıxarılan "Siri"li ilk iPhone modelindən 40 milyon alınıb.
19. Motorola StarTAC – 1996-cı ildə satışa çıxarılan modeldən 60 milyon satılıb.
20. Samsung Galaxy S3 – "Samsung"un 2012-ci ildə satışa çıxardığı modeldən 60 milyona yaxın satılıb.