"Azərbaycan Hava Yolları" (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Almatı Qazaxıstanın "cənub paytaxtı" adlanır. Şəhər cənub paytaxtının bir növ "vizit kartı" olan inanılmaz gözəl qarlı dağlar - Alatau dağları platosunda yerləşir. Eyni zamanda şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.
Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür.