Əmək Məcəlləsinin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək.
"Kommersant.az" xəbər verir ki, bu yazıda Əmək Məcəlləsinə təklif edilən və işçilərin xeyrinə olan qanun qüvvəyə mindikdən sonra Əmək Məcəlləsinə əsasən işçisinin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləməsinə icazə veriləcək.
Bununla bağlı, Əmək Məcələsinin "Əmək şəraitinin əlavə şərtləri" bəndinə aşağıdakı cümlə əlavə ediləcək: 55-ci maddənin birinci abzası birinci hissə hesab edilsin və bu maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin: Əmək funksiyalarının işçinin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.
Yeni təklif olunan maddədən göründüyü kimi, işçinin mütləq olaraq işə gəlməsinə artıq ehtiyac olmayacaq. Əmək müqaviləsində qeyd edilməklə İşçi öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında da işləyə bilər.