USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi

20.01.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

"Kommersant.az" xəbər verir ki, dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

  • Əvvəlki

    Sürücülərin nəzərinə - BU YOLLAR BAĞLIDIR

Digər xəbərlər