USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İdeyadan biznesə” startap turunun Lənkəran üzrə qalibi müəyyənləşib

18.05.2018 İqtisadiyyat
0 0
“İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Kommersant.Az"a verilən məlumata görə, nazirliyin Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Microsoft" şirkətinin təşkilatçılığı, "Azercell" şirkətinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə keçirdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad və digər ətraf rayon və şəhərlərdən olan 100-dək gənc qatılıb.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli "İdeyadan biznesə" layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçıları məlumatlandırıb. Startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan T.Kərimli innovativ ideyası olan gəncləri cəsarətli olmağa səsləyib. O, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində startapçılara layihələrini reallaşdırmaq üçün lazımi şərait yaradıldığını da qeyd edib.

"Microsoft Azərbaycan" şirkətinin nümayəndəsi Rüfət Əzizov çıxışında təmsil etdiyi şirkətin qlobal bazarda tutduğu mövqeyi xatırladaraq, startap ideyalarının böyük perspektivlərə yol açdığını qeyd edib.

"AİESEC Azerbaycan"ın nümayəndəsi Fərid Əliyev isə geniş təqdimatla çıxış edərək, startap ideyalarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübədən danışıb. O, təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması üsulları ilə bağlı fikirlərini bölüşüb.

Lənkəran Dövlət Universitetinin Elektron Universitet bölməsinin rəhbəri Mayis Eyniyev isə startap turunun Lənkəranda keçirilməsini təmsil olunduğu universitetin tələbələri üçün yaxşı şans kimi qiymətləndirib. Müasir dövrdə daha geniş imkanların olduğunu vurğulayan M. Eyniyev novator gənclərin bundan yararlanaraq biznes mühitinin fəal iştirakçısına çevrilə biləcəyini qeyd edib.

Tədbir çərçivəsində daha sonra iştirakçılar üçün informativ sessiya keçirilib.

Sessiyada gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması yolları öyrədilib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan "CostomAR" şirkətinin "Yüksəklik" döyüş oyunu da tədbir iştirakçılarına əyani olaraq nümayiş olunub. Məlumat üçün bildirək ki, "Yüksəklik" – Virtual Reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun hazırlanmasında 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi "Lələ təpə" yüksəkliyindən ilhamlanılıb.

Sonra təşkil olunan interaktiv hissədə startap turunun Lənkəran şəhəri üzrə müəyyən edilmiş mentorları tərəfindən iştirakçılar üçün müsabiqə və müxtəlif mövzular üzrə təlimlər keçirilib.

Mentorlar Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Microsoft Azərbaycan", "Azercell", "AİESEC Azerbaycan", Elektron idarəçiliyin və informasiya cəmiyyətinin inkişaf mərkəzi" və Azərbaycan Texniki Universitetinin nümayəndələrindən təşkil olunub.

Təlimlərdən sonra Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 11 komanda formalaşdırılıb. Hər bir komandaya bir mentor rəhbərlik edib və onları müsabiqə üçün hazırlayıb. Daha sonra komandalar arasında müsabiqə keçirilib və onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

Müsabiqədə Lənkəran şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Birinci yerin sahibi "Dis Rep" layihəsi, "Smart Səbət" ideyası ikinci, "Time to go" layihəsi isə üçüncü olub.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

Xatırladaq ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Növbəti startap turlarının Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. İlk startap turu Mingəçevir şəhərində baş tutub.

  • Əvvəlki

    "Cavid İmamverdiyev getmir, "Sumqayıt"la daha bir il müqaviləsi var"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0