USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Cavid İmamverdiyev getmir, "Sumqayıt"la daha bir il müqaviləsi var"

18.05.2018 İdman
0 0
"İmamverdiyev heç yerə getmir. Onun klubumuzla daha bir il müqaviləsi var".

Bunu açıqlamasında "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev futbolçu Cavid İmamverdiyevin cari mövsümün sonunda klubdan ayrılacağı barədə xəbərlərə münasibət bildirərkən deyib. O, 28 yaşlı yarımmüdafiəçi ilə sözləşməni bir müddət əvvəl 2019-cu ilin iyununadək uzatdıqlarını əlavə edib.

Qeyd edək ki, Cavid İmamverdiyev 2017-ci ilin mayın 4-də "Sumqayıt"a cəlb olunub. Onunla 1 illik müqavilə bağlanıb.