USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNF-dən açıqlama: Ənənəvi daşınmaz əmlak növlərinə investisiyaları dayandırır

18.05.2018 İnşaat və Əmlak
0 0
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ofis kimi ənənəvi daşınmaz əmlak növlərinə investisiyaları dayandırmağı və tələbə evləri, tibb müəssisələri kimi alternativ daşınmaz növlərinin payını artırmağı planlaşdırır.

Məlumatda qeyd olunur ki, 2015-ci ildən başlayaraq Fond öz diqqətini xarici daşınmaz əmlak fonduna kapital qoyuluşuna yönəldib:

“Alternativ daşınmaz əmlak növlərinə böyük tələbat var və bu əmlak resessiya dövrlərində daha dayanıqlıdır. ARDNF-in planlarına obyektlərin dəyəri və icarə faizlərinin artırılması məqsədilə birbaşa cari investisiyaların aktiv idarə olunması daxildir”.

Bundan başqa qeyd olunub ki, Fond tərəfindən birbaşa investisiyalar şəklində yeni daşınmaz əmlak obyektlərinin alınması yaxın gələcəkdə nəzərdə tutulmur.

  • Əvvəlki

    “Goldman Sachs” beynəlxalq investisiya bankı öz kriptovalyutasını buraxıb

Digər xəbərlər