USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kərə yağı istehsal edən iki şirkət yaradılacaq

21.05.2018 İqtisadiyyat
0 0
2019-cu il üçün Azərbaycanda kərə yağı idxalından asılılığı, demək olar ki, tam aradan qaldırmaq planlaşdırılır

"Kommersant.Az" xəbər verir ki, bunu "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin icraçı direktoru Samir Eyyubov deyib:

"Azərbaycanın kərə yağının idxalından çox ciddi asılılığı var. Dövlət bu məsələni həll etmək niyyətindədir. Bu məqsədlə 2019-cu ilin ortasına qədər ölkədə fəaliyyət göstərən müəssisələr əsasında iki yeni müəssisə yaradılacaq. Bunun üçün əlavə istehsal xəttləri alınır. Hər bir müəssisənin emal gücü sutkada 200 ton süd təşkil edəcək. Bu da təxminən 10 ton kərə yağı deməkdir".

Onun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu xətti üzrə aparılacaq: "Məbləğ hələlik açıqlanmır".

Qeyd edək ki, 2018-ci ilin ilk rübündə Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan digər növ yağlar idxal edib. Bu göstərici 2017-ci illə müqaisədə 53 faiz çoxdur.

  • Əvvəlki

    Azərbaycan və bu ölkə arasında sərmayələrin qorunması haqqında saziş hazırlanır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0