USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və bu ölkə arasında sərmayələrin qorunması haqqında saziş hazırlanır

21.05.2018 Bank
0 0
Azərbaycan ilə Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, 2017-ci ildə Türkmənistan Prezidentinin Azərbaycana səfərinin və səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın genişlənməsində mühüm rola malikdir. Tranzit, İKT, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq imkanları genişdir. Hazırda iki ölkə arasında müzakirə mərhələsində olan sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin və digər iqtisadi sənədlərin imzalanması iqtisadi sahədə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.