USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə də Boeing təyyarələrinin uçuşlarını dayandırdı

13.03.2019 İqtisadiyyat
0 0
Efiopiyada Boeing 737 MAX 8 avialaynerində baş vermiş qəzadan sonra Türkiyə Boeing 737 MAX 8 və Boeing 737 MAX təyyarələrinin uçuşlarını dayandırıb.

Bu barədə "Kommersant.az"-a Türkiyənin nəqliyyat və infrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən deyilib ki, uçuşlar təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Türkiyə ilə yanaşı Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.

  • Əvvəlki

    Gürcüstan Azərbaycan qazının idxalını artıracaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0