USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: Çinlə aparılan danışıqlardan razı deyiləm

23.05.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp Çinlə aparılan danışıqlardan razı olmadığını ifadə edərək daha gediləcək çox yol olduğunu vurğulayıb

"Kommersant.az"ın məlumatına görə, Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

ABŞ və Çin arasında aparılan müzakirələrin gedişatı ilə bağlı suala Tramp "Xeyr, razı deyiləm. Nə olacağını görəcəyik. Daha gediləcək çox yolumuz var", - deyə, cavab verib.

Tramp eyni zamanda Çinin elektronika istehsalçısı "ZTE"yə tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı razılıq əldə edilməsini də təkzib edib.

"Bir milyard dollardan çox (1,3 milyard dollar ola bilər) cəza tətbiq edilməsinə tərəfdaram. Yeni bir rəhbərliklə birlikdə yeni idarəçilik və çox sərt qaydalar gətirilməsini düşünürəm. Eyni zamanda avadanlıqlar və hissələrin böyük bir hissəsini amerikalı şirkətlərdən almalarının məcburi olmağını istəyirəm", - deyə, Tramp qeyd edib.

ABŞ administrasiyası Çinin "ZTE" şirkətinin ABŞ-da istehsal edilən məhsulların qeyri-qanuni yollarla İrana göndərdiyini və bununla da ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğunu ortaya çıxarıb. Bundan sonra Amerika şirkətlərinə "ZTE"yə avadanlıq və proqram satışı 7 il müddətinə qadağan edilmişdi.

  • Əvvəlki

    Kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər ediləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0