USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər ediləcək

23.05.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) “Blockchain” texnologiyasına dair infosessiya keçirilib.

Nazirlikdən "Kommersant.Az"a verilən məlumata görə, YTP-nın direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin “Blockchain” texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib.

T.Kərimli bildirib ki, YTP “Blockchain” texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına köməklik göstərəcək. O qeyd edib ki, YTP-nin Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək “Blockchain”, kriptovalyutalar və kripto-mədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulur.

Daha sonra Azərbaycan “Blockchain” Cəmiyyətinin həmtəsisçisi, “Waves” şirkətinin regional meneceri Orxan Əhmədov “Blockchain” texnologiyası barədə ətraflı təqdimatla çıxış edib. O bildirib ki, “Blockchain” mərkəzləşdirilməmiş məlumatlar bazasıdır. Onun sözlərinə görə, ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq “backup”ı (surəti) başqa bir neçə serverdə saxlanıla bilir. “Blockchain” sistemində isə yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Çünki məlumatların surəti çıxarılaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək də mümkünsüzdür.

“Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir. Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədiyi əməliyyatları həyata keçirə bilər”, - deyə O.Əhmədov bildirib.

  • Əvvəlki

    Azərbaycana turistlər hansı ölkələrdən gəlir - SON RƏQƏMLƏR

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0