Bu ilin birinci rübündə Azərbaycana 1384 ton balıq və balıq məhsulları (konservləşdirilmiş balıq istisna olmaqla) idxal edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 330 ton və 19,3% azdır.
Bu barədə "Kommersant.Az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Mallar Azərbaycan gömrüyündə 2,9 milyon ABŞ dolları və ya 1 kq üçün 2,09 dollar (3,55 manat) qiymətində bəyan edilib. Ötən il də məhsullar eyni qiymətlə idxal edilib.