596 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

08.05.2019 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətini dəyişdirib.

"Kommersant.az" xəbər verir ki, qurumun Mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Xocasən yolunda gedən təmir işləridir: "Hazırda 596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər".

"Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək",- N.Allahyarova əlavə edib.

  • Əvvəlki

    İranla Avropa İttifaqı neft satışına dair müqavilə imzalayacaq

Digər xəbərlər

17.03.2023 İqtisadiyyat
ABŞ-da tənəzzül proqnozu
17 3
17.03.2023 İqtisadiyyat
Dizel qiymətlərində rekord eniş
41 3