USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranla Avropa İttifaqı neft satışına dair müqavilə imzalayacaq

08.05.2019 İqtisadiyyat
0 0
İran və Avropa İttifaqı, ABŞ sanksiyalarına heç bir məhəl qoymayaraq, neft satışına dair müqavilə imzalamağa hazır olduqlarını bildiriblər. Bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məlumat verib.

"Kommersant.az" xəbər verir ki, "Hazırda İran öz neftini satmağa qadirdir, biz öz iqtisadiyyatımızı qoruya bilərik. İran amerikan sanksiyalarının öhdəsindən gələ bilər. Bir çox ölkələr İranla ticarət etməyə hazır olduqlarını bəyan ediblər", – deyə Məhəmməd Cavad Zərif bildirir.

"İran və Avropa İttifaqı, İran neftini satmağa və ondan gəlir əldə etməyə imkan verəcək bir razılaşma ərəfəsindədirlər", – deyə nazir əlavə edir.

Xatırladaq ki, ABŞ ötən il birtərəfli olaraq İranla nüvə razılaşmasından çıxaraq, yenidən Tehrana qarşı sanksiyalar tətbiq etmişdir. Eyni zamanda, bir sıra ölkələr (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə) üçün Vaşinqton müvəqqəti istisnalar yaratmışdır- bu ölkələrə müəyyən edilmiş müddətə qədər İran neftini almaq hüququ verilmişdir.

Daha əvvəl Donald Trampın administrasiyası bu istisnanın müddətini 2 may tarixindən sonra uzatmaq niyyətində olmadığını bildirmişdir. Bununla Ağ Ev İran neftinin ixracatını sıfıra endirmək istəyir.

Banker.az

  • Əvvəlki

    Mikayıl Cabbarov: “İslahatların ilkin nəticələrini müşahidə etməkdəyik”

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0