USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsığorta”nın fəaliyyətinə məhdudiyyət aradan qaldırılıb

21.05.2019 İqtisadiyyat
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) fəaliyyətinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.

“Kommersant.az” xəbər verir ki, bununla bağlı Palatanın İdarə Heyəti bu gün qərar qəbul edib.

Qərara əsasən, “Azərsığorta”ya İcbari Sığorta Sisteminin informasiya sisteminə girişə yenidən icazə verilib.