USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yekaterinburqa ixrac missiyası təşkil ediləcək

21.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan iyulun 6-9-da Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyasını təşkil edəcək.

"Kommersant.az" xəbər verir ki, artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

İxrac missiyasına spirtli içkilər və sənaye sektorunun istehsalı ilə məşğul olan sahibkarlar qatıla bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.