Vahid Ələkbərovdan LUKOİL və “Palmali Holdinq” arasında məhkəmə çəkişməsinə - MÜNASİBƏT

"Kommersant.Az" xəbər verir ki, bunu açıqlamasında Rusiyanln LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
LUKOİL-lə "Palmali" arasındakı məhkəmə çəkişməsini şərh edən Vahid Ələkbərov bildirib ki, bu sırf kommersiya məsələsidir: "Mən bu məsələni şərh etməzdim. Çünki, məsələnin detallarını yaxşı bilmirəm".
Qeyd edək ki, "Palmali Holding" "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib. "Palmali"nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, "Litasco" Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. "Palmali" "Litasco"dan 2 mlrd. dollarlıq təzminat tələb edir.
"Lukoil" və "Palmali Denizçilik" 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.
Digər xəbərlər

Birinci rübdə xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib

Rusiya Enerji Strategiyasını açıqladı: 2050-ci ilə qədər Asiyanın neft və qaz nəhəngi olmaq
