Gəncə-Qazax iqtisadi rayonunda depozit portfeli 122 milyon manatdan çoxdur
“Kommersant.Az” xəbər verir ki, banklara depozit qoyuluşlarında ötən dövrlə müqayisədə artım qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci rübünün sonunda əhali banklara cəmi 7 milyard 657 milyon 192 min manat depozit qoyub. 2017-ci ilin sonunda isə cəmi depozit portfeli 7 milyard 561 milyon 200 min manat olub.
2018-ci ilin birinci rübün sonunda Bakı şəhərinin payına düşən depozit portfeli 7 milyard 101 milyon 757 min manat həcmindədir. Abşeron iqtisadi rayonu 166 milyon 987 min manat depozit portfelinə malikdir. Gəncə-Qazax iqtisadi rayonunda isə əhali banklara 122 milyon 186 min manat depozit yerləşdirib.
Mərkəzi Bankın açıqladığı icmala əsasən, digər iqtisadi rayonların depozit portfelləri aşağıdakı kimidir:
Sıra
İqtisadi rayonun adı
Depozit portfelinin həcmi
1
Aran
91 milyon 911 min manat
2
Dağlıq Şirvan
13 milyon 234 min manat
3
Quba-Xaçmaz
45 milyon 707 min manat
4
Lənkəran
41 milyon 782 min manat
5
Şəki-Zaqatala
31 milyon 802 min manat
6
Yuxarı Qarabağ
7 milyon 935 min manat
7
Naxçıvan
34 milyon 777 min manat
Qeyd edək ki, Kəlbəcər-Laçın iqtisadi rayonunun kredit portfeli 305 min manat olsa da, 2018-ci ilin birinci rübünə olan göstəricilərə əsasən əhali banklara depozit yerləşdirməyib.