USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ - Çin ticarət müharibəsinin qlobal ziyanı - 600 MİLYARD DOLLAR

28.05.2019 İqtisadiyyat
0 0
"Bloomberg"in iqtisadçıları tərəfindən, ABŞ və Çin ticarət gərginliyinin davam etməsi vəziyyətində, qlobal itkinin 600 milyard dollar olacağı nəzərdə tutulur.

ABŞ-Çin ticarət müharibəsi təhlükəli bir mərhələyə keçib. Əlavə gömrük vergiləri və təhdidlər gedərək artır.

"Kommersant.az" xəbər verir ki, "Bloomberg"in iqtisadçıları Dan Hanson və Tom Olrik "Bloomberg Economics"in ssenarilərini hazırlayıblar.

Əgər; əlavə gömrük vergiləri bütün ABŞ - Çin məhsullarını əhatə edərsə, bazarlar cavab olaraq ani və kəskin düşərsə, qlobal iqtisadiyyat 2021-ci ildə 600 milyard dollar azala bilər.

Mayın 10-unda ABŞ 250 milyard dollarlıq Çin məhsullarına tətbiq olunan vergini 25%-ə yüksəltmişdir.

Eyni zamanda ABŞ bir ticarət sazişi bağlamaması vəziyyətində bütün Çin məhsullarının idxalına 25% vergi tətbiq etməklə Çini təhdid edib. Çinli bir TV Spikeri vəziyyəti "Danışmaq istəyirsinizsə, qapı açıqdır. Döyüşmək istəyirsinizsə, sonuna qədər mübarizə aparacağıq" deyib.

2021-in ortalarında gömrük tariflərinin qarşılıqlı olaraq 25%-ə yüksəldildiyi ssenaridə; Çinin istehsalının 0.8%, ABŞ-ın 0.5% və dünyanın 0.5% düşəcəyi nəzərdə tutulur.

Hazırda maliyyə bazarları ticarət müharibəsilə dalğalanır. Sərmayəçilər hələ də bir razılaşma olacağına ümid edirlər.

Əgər səhv düşünülərsə və Apple kimi dəyəri yüksək olan şirkətlər əlavə gömrük vergilərindən zərər görərsə, maliyyə bazarlarında çöküş ehtimal olunur.

Hanson və Orlikinin kabus ssenarisi 25%-ə yüksəldilmiş əlavə gömrük vergiləri ssenarisində qlobal miqyasda səhmlərin ortalama 10% ucuzlaşdığı ssenarisidir.

Bu vəziyyətdə 2021-in ortalarında Çin iqtisadiyyatı 0.9%, ABŞ iqtisadiyyatı 0.7% və qlobal iqtisadiyyat 0.6 azala bilər. Birjaların düşməsilə sərmayə və istehlak xərcləri də geriləyə bilər.

Marja.az

  • Əvvəlki

    Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim olunub - FOTO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0