USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyunun ilk gününə olan hava proqnozu açıqlandı

31.05.2019 İqtisadiyyat
0 0
Sabah Azərbaycanın bəzi ərazilərinə yenidən dolu yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Kommersant.az" a verilən məlumata görə, iyunun 1-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
  • Əvvəlki

    Regionlarımız inkişafdan qalıb, idarəetmə sistemi sual altına alınmalıdır - AÇIQLAMA

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0