USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Youtube”-da milyonçu olan uşaq

12.06.2019 İqtisadiyyat
0 0
Bizə müxtəlif maraqlı videolar təklif edən “Youtube” portalı həm də çox adamı varlandırıb. Bu insanların arasında uşaqlar da var.

"Kommersant.az" xəbər verir ki, Rayan Kaci "Youtube"-da ən çox pul qazanan uşaq kimi tanınır. Keçən ilin göstəricilərinə görə "Forbes" onu hətta dünyada bu portaldan ən çox gəlir qazanc götürən adam elan etmişdi.

Rayan 2011-ci ilin oktyabrında Los-Ancelesdə doğulub. Yəni hələ 8 yaşı tamam olmayıb. Buna baxmayaraq, portaldakı abunəçilərinin sayı 20 milyon nəfərə yaxınlaşır (19 milyon 656 min). İndiyə qədər videolarına 29 milyard 844 milyon dəfə baxılıb. "Forbes" Kacinin 22 milyon dolları olduğunu iddia edir.

Rayana videoları çəkməkdə valideynləri kömək göstərir. Ortaya böyük yaradıcılıq nümunəsi qoyulmur, sadəcə, yeni oyuncaqların özəlliyi ilə abunəçiləri heyrətləndirməyə çalışırlar. Rayanın "Ryan ToysReview" kanalında az qala hər gün video yerləşdirlir. Dörd ildir fəaliyyət göstərən kanal indiyə qədər 1417 video təqdim edib.

Bizimyol.info

  • Əvvəlki

    Azər Türk Bank qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə agent-bank seçilmişdir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0