USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə agent-bank seçilmişdir

12.06.2019 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlarla ticarətdən irəli gələn hesablaşmalarını dünya standartlarına uyğun olaraq təkmilləşdirmək məqsədi ilə hesablaşma agentlərinin iştirakı ilə yeni klirinq və hesablaşma modeli tətbiq edilmişdir. Bununla əlaqədar “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair kollektiv saziş” imzalanıb.

"Kommersant.az" xəbər verir ki, sazişin məqsədi Bakı Fond Birjasında (BFB) bağlanılan əqdlər üzrə hesablaşmaların həyata keçirilməsi üçün BFB-nin üzvü olan investisiya şirkətlərinin pul öhdəliklərinin Hesablaşma agentləri tərəfindən icrası və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsidir.

Bu məqsədlə MBNP tərəfindən yeni klirinq təsisatının üzvü qismində yerli banklar sırasından Hesablaşma agenti seçilmiş dörd maliyyə-kredit təşkilatından biri də Azər Türk Bank olmuşdur.

Bankdan bildirmişlər ki, qiymətli kağızlar bazarında əhəmiyyətli inkişafa rəvac verəcək bu yeni modelin tətbiqi, həmçinin investisiya şirkətlərinin və eyni zamanda onlarla partnyorluq edən müştərilərin banklara cəlb edilməsi ilə əməliyyat həcmlərinin artırılmasına, biznesin inkişaf etdirilməsinə və bank fəaliyyətinin genişləndirilməsinə də təsir edəcəkdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.